İnsanlara hürriyət, millətlərə istiqlal!

Göytürklərdən gələn 1500 illik mesaj: Görün nə yazılıb - FOTO

6492 14.07.2026 08:05 Dünya A A

Qazaxıstanın Jambıl vilayətində yerləşən Burhansay vadisində arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı 1200-dən çox qədim qayalıq təsviri - petroqlif aşkar edilib.

Musavat.com xəbər verir ki, tədqiqatçıların ilkin rəyinə əsasən, bu unikal təsvirlər eramızdan əvvəl III minilliyin sonlarından başlayaraq Orta Əsrlərə qədər olan təxminən 4 min illik böyük bir tarixi dövrü əhatə edir.

Fərqli zaman kəsiklərində qayalara həkk olunmuş bu rəsmlər qədim dövrün yaşayış tərzindən xəbər verir.

Qayaüstü təsvirlərdə əsasən dağ keçiləri, qoşa hürgüclü dəvələr və qədim ov səhnələri canlandırılıb.

Bundan əlavə, arxeoloji qazıntı sahəsində üç qəbir kompleksi də aşkarlanıb. Alimlər bildirir ki, bu tapıntılar Burhansay vadisinin əsrlər boyu köçəri tayfaların ən mühüm mədəni və strateji mərkəzlərindən biri olduğunu sübut edir.

Tədqiqatın ən heyrətamiz tapıntısı isə qədim Türk runik əlifbası ilə qayaya həkk olunmuş nadir kitabədir. Eramızın IV–X əsrlərinə aid edilən və Orta Asiyada geniş yayılmış "Talas tipli" Göytürk yazısına məxsus olan bu abidə cəmi beş işarədən ibarətdir.

Mütəxəssislər sirli yazının şifrəsini sındırmağı bacarıblar. Qayada qədim türk dilində “Er atım Aba”, yəni “Mənim adım Aba” sözləri yazılıb. Tarixçilərin fikrincə, "Aba" adlı qədim türk döyüşçüsü və ya bəyi bu yazı vasitəsilə həm öz adını tarixə həkk edib, həm də həmin ərazinin ona məxsus olduğunu qanuniləşdirib.

Tarixin qaranlıq səhifələrinə işıq salan bu mühüm kəşflə bağlı araşdırmalar davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR