İnsanlara hürriyət, millətlərə istiqlal!

Varşavada Prezident sarayı yaxınlığında silahlı şəxs saxlanılıb

291 15.07.2026 18:24 Dünya A A

Varşavadakı Prezident sarayının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində qaz tapançası olan şəxsi saxlayıblar.

Bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Həmin şəxsin prezident Karol Navrotski ilə görüşmək istədiyi bildirilib. Məlumata əsasən, naməlum şəxs prezidentin mühafizəçilərinə yaxınlaşaraq Navrotskinin tərəfdarı olduğunu qeyd edib və dövlət başçısı ilə görüşməyi tələb edib. Mühafizə xidmətinin əməkdaşları onun kəmərində silah gördükləri üçün hadisə yerinə polis çağırılıb. Prezidentlə görüşmək istəyən şəxs silahı könüllü təhvil verməkdən imtina etdiyi üçün asayiş keşikçiləri güc tətbiq edərək onu zərərsizləşdiriblər. Müsadirə edilən silahın qaz tapançası olduğu müəyyənləşib. Ostrolenka şəhərindən olan 47 yaşlı sakinin hansı səbəbdən prezidentlə görüşmək istədiyi hələlik məlum deyil.

Baş vermiş hadisənin təfərrüatları ilə bağlı istintaq tədbirlərinə başlanılıb.

Qeyd olunur ki, insident baş verən zaman Karol Navrotski Prezident sarayında olmayıb.\\oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR