İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts ABŞ-ni Almaniya seçkilərinə müdaxilə etməməyə çağırdı

448 15.07.2026 21:06 Dünya A A

Almaniya kansleri Fridrix Merts ABŞ-nı və ABŞ hökumətinə yaxın qurumlara Almaniya seçkilərinə müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Berlin şəhərində keçirilən mətbuat konfransında qeyd edib ki, almanlar ABŞ-də keçirilən seçkilərə müdaxilə etmirlər.

"Biz həmişə bu mövqeyimizi qorumuşuq", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ni təmsil edən bir sıra siyasətçilər başqa ölkələrdə, əsasən də Avropada hansısa siyasi partiyalara rəğbətlərini bildirir, onların hakimiyyətdə görmək istədiklərini bildirirlər.

Avropada bunu ictimai rəyə təsir etmək cəhdi hesab edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR