İnsanlara hürriyət, millətlərə istiqlal!

20 yaşında 1,2 milyon dollarlıq saat: rəhbərin oğlu yenidən gündəmdə

2979 16.07.2026 02:46 Dünya A A

20 yaşlı Əhməd Kadırovun qolundakı milyonluq saat sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, "Vyorstka" nəşrinin yaydığı məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırov Britaniyanın Graff zərgərlik evinə məxsus MasterGraff model saatla ictimaiyyət qarşısına çıxıb. Saatın korpusu çəhrayı qızıldan hazırlanıb və ümumi çəkisi 36,46 karat olan 357 brilyant ilə bəzədilib. Modelin qiymətinin təxminən 1,2 milyon ABŞ dolları (təxminən 2 milyon manat) olduğu bildirilir.

Çeçen müxalifət layihəsi NIYSO iddia edir ki, foto Kadırov ailəsinin ata-baba kəndində qapalı formatda keçirilən toy mərasimində çəkilib. Məlumata görə, bu, Əhməd Kadırovun ikinci evliliyidir. O, ilk dəfə 2023-cü ildə, 17 yaşında ailə qurub.

Hazırda 20 yaşı olan Əhməd Kadırov 2026-cı ilin yanvarından etibarən Kremlin nəzarətində olan Çeçenistan hökumətində sədr müavini vəzifəsində çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR