İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan qalmaqal: Uşaqlar yazılmış avtobusu cəbhəyə göndərdilər

1092 16.07.2026 02:00 Dünya A A

Rusiyada üzərində "Uşaqlar" yazısı olan avtobusun cəbhədə hərbçilərin daşınması üçün istifadəyə verilməsi müzakirələrə səbəb olub. Maraqlıdır ki, bu addımı hətta Rusiyanı dəstəkləyən bəzi Z-hərbi bloqerlər də sərt tənqid ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir kiSosial şəbəkələrdə yayılan görüntülərdə könüllülər avtobusu Rusiya ordusunun kəşfiyyat bölməsində xidmət edən pravoslav keşiş Aleksandra təhvil verirlər. Videoda keşiş bildirir ki, avtobus şəxsi heyətin və cəbhəyə yeni göndərilən hərbçilərin daşınması üçün istifadə olunacaq.
Nəşr avtobusu qəbul edən şəxsin Sızran Yeparxiyasının keşişi Aleksandr olduğunu müəyyən edib. Yerli KİV-in məlumatına görə, o, 2022-ci ildən könüllü kimi cəbhədə fəaliyyət göstərir və

Rusiya hərbçilərinə humanitar yardım çatdırılması ilə məşğuldur.

Hadisə Rusiyanın Z-kanallarında da narazılıq doğurub. Hərbi bloqerlərdən biri yazıb:

"Bu, qəbuledilməzdir. "Uşaqlar" yazılmış avtobusu hərbi məqsədlər üçün istifadə etməklə əsl uşaqları təhlükə altına qoyurlar. Sonra da mülki avtobuslara zərbələr endiriləndə təəccüblənirlər."

Nəşr xatırladır ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki obyektlər, o cümlədən nəqliyyat vasitələri hərbi məqsədlər üçün istifadə edildiyi halda onların mülki statusu itə və legitim hərbi hədəfə çevrilə bilər.

Məqalədə həmçinin qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi zamanı beynəlxalq humanitar hüququn pozulması ilə bağlı çoxsaylı iddialar irəli sürülüb. Nümunə kimi 2022-ci ilin martında

Mariupol Dram Teatrının bombalanması göstərilir. Həmin vaxt binanın qarşısında hər iki tərəfdən iri hərflərlə "Uşaqlar" sözü yazılmışdı. Associated Press agentliyinin araşdırmasına görə, həmin hücum zamanı təxminən 600 nəfərin həlak olduğu təxmin edilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR