İnsanlara hürriyət, millətlərə istiqlal!

Tsarukyana qarşı rekord müsadirə tələbi: 105 milyard dram və onlarla əmlak

505 16.07.2026 15:35 Dünya A A

Ermənistan Baş Prokurorluğu ölkənin tanınmış iş adamı və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın külli miqdarda əmlakının müsadirə olunmasını tələb edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, prokurorluq məhkəmədən Tsarukyana məxsus 75 daşınmaz əmlakın, həmçinin daha 10 əmlak obyektinin bazar dəyərinin dövlətə keçirilməsi barədə qərar çıxarılmasını istəyib. Bildirilir ki, həmin əmlaklardan 57-si İrəvanda yerləşir.

Bundan başqa, prokurorluq 42 nəqliyyat vasitəsinin, eləcə də "Multi Group Concern", "Multi Autotrans", "Onira Club" və digər şirkətlər də daxil olmaqla 38 hüquqi şəxsdəki payların da müsadirəsini tələb edir.

İddiada həmçinin 105 milyard 865 milyon 865 min dramın dövlətə keçirilməsi istənilir. Bu məbləğin qanunsuz əldə edilmiş gəlirlər, müxtəlif xərclər, verilmiş borclar, tələb hüquqlarının ötürülməsi və bəzi nəqliyyat vasitələrinin bazar dəyərini əhatə etdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR