İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı hücumlarını intensivləşdirməsinə və hərbi əməliyyatların dayandırılmasına dair memorandumun şərtlərini pozmasına kəskin reaksiya verib.
Nazirliyin yaydığı bəyanatda vurğulanıb ki, Vaşinqton diplomatiyaya xəyanət edərək, imzalanan sənədlərə hörmətsizlik nümayiş etdirib.
Musavat.com xəbər verir ki, İran XİN-in açıqlamasında ABŞ-nin 14 bənddən ibarət memoranduma imza atmasına baxmayaraq, cəmi 20 gün sonra boş bəhanələrlə onun müddəalarını pozduğu qeyd olunub. Bəyanatda bu addım İran xalqına qarşı müharibə və düşmənçilik alovunu yenidən alovlandırmaq kimi qiymətləndirilib.
Musavat.com






