İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın milyarderlər pullarını ölkədən çıxarır

538 16.07.2026 19:41 Ölkə A A

Rusiyanın bir sıra milyarderləri, o cümlədən prezident Vladimir Putinə yaxın hesab olunan iş adamları son bir ildə milyardlarla dollar vəsaiti xaricə köçürüblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Bloomberg mənbələrə və əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, varlı rusiyalılar vəsaitlərini getdikcə daha çox kriptovalyutalara, xarici ölkələrdə daşınmaz əmlaka və özəl investisiya fondlarına yönəldirlər. Bloomberg-in həmsöhbətlərinin iddiasına görə, 2026-cı ildə qeyri-rəsmi kanallarla, o cümlədən kriptovalyuta vasitəsilə Rusiyadan on milyardlarla dollar çıxarılıb. Bu göstəricinin ötən illə müqayisədə daha yüksək olduğu bildirilir.

Məlumata görə, kapital axınının əsas səbəbləri Rusiyada aktivlərin müsadirəsi kampaniyasının genişlənməsi və iqtisadi vəziyyətlə bağlı narahatlıqlardır. Mənbələrin bildirdiyinə görə, bəzi iş adamları vəsaitlərini Kipr və BƏƏ-yə köçürür, digərləri isə Türkiyə, Səudiyyə Ərəbistanı, Afrika, eləcə də Dubay və Monakoda daşınmaz əmlaka sərmayə yatırırlar.

Bloomberg, həmçinin, qeyd edir ki, bəzi sahibkarların narahatlığı mart ayında Vladimir Putinlə keçirilən qapalı görüşdən sonra daha da artıb. Həmin görüşdə biznes nümayəndələrinin dövlət büdcəsinə əlavə maliyyə töhfələri verməsi məsələsinin müzakirə olunduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR