İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubayda güclü partlayışlar: İranın hədələrindən sonra şəhər silkələnir

1289 16.07.2026 20:46 Dünya A A

BƏƏ-nin Dubay şəhərinin mərkəzində bir neçə güclü partlayış baş verdiyi bildirilir.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Biznes Bey rayonunun sakinləri ard-arda bir neçə güclü partlayış səsi eşidiblər.

Eyni zamanda, İran KİV-i ABŞ-nin Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas və Qeşm adası ətrafındakı obyektlərə yeni zərbələr endirdiyini bildirib.

Bundan əvvəl İranın dövlət mediası BƏƏ və Səudiyyə Ərəbistanında Tramp brendi ilə əlaqəli obyektlərin qanuni hədəf olduğunu bəyan etmişdi. Söhbət əsasən "Tramp Beynəlxalq Hotel və Dubay Qülləsi", "Tramp Qülləsi Ciddə" və yerli şirkətlərlə birgə həyata keçirilən digər layihələrdən gedir.

Hələlik həmin obyektlərə zərbələrin endirildiyini təsdiqləyən rəsmi məlumat yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR