İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana silsilə zərbələr: Bəndər-Abbas yolu kəsildi - VİDEO

306 17.07.2026 00:34 Dünya A A

İranın cənubunda strateji əhəmiyyətə malik nəqliyyat infrastrukturuna yeni zərbə endirilib. "Mehr" agentliyinin məlumatına görə, Bəndər-Həmir və Bəndər-Abbas şəhərlərini birləşdirən avtomobil yolunun üzərindəki əsas körpülərdən biri aviazərbələr nəticəsində dağıdılıb.

Musavat.com xəbər verir ki, bu yol İranın cənub bölgəsində ən mühüm nəqliyyat arteriyalarından biri hesab olunur. Ekspertlərin fikrincə, bu cür obyektlərin hədəfə alınması təsadüfi deyil və əsas məqsəd bölgədəki logistikanı tamamilə iflic etməkdir. Körpünün sıradan çıxarılması İranın hərbi qüvvələrinin yerdəyişməsini, eləcə də Hörmüz boğazı yaxınlığındakı limanların təchizat zəncirini ciddi şəkildə bloklayır.

Qeyd edək ki, son saatlarda İranın cənub şəhərlərinə, o cümlədən Bəndər-Abbas, Əhvaz və Kiş adasına endirilən silsilə zərbələrdən sonra bu hadisə regiondakı gərginliyi daha da dərinləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR