İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı oliqarxların Türkiyə sahillərində sirli toplantısı — Putinin superyaxtası da gəldi

487 16.07.2026 23:31 Dünya A A

Türkiyənin cənub-qərbində, Bodrum yaxınlığında eyni vaxtda Rusiyanın ən varlı oliqarxlarına məxsus yaxtalar, eləcə də Prezident Vladimir Putinin yaxın çevrəsinin istifadə etdiyi bildirilən superyaxta müşahidə olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 71 metrlik "Victoria" superyaxtası hazırda Bozbük sahillərində, Six Senses Kaplankaya beşulduzlu otelinin yaxınlığında lövbər salıb. Yaxta iyunun sonunda Soçidən yola düşərək Türkiyəyə gəlib.

"Verstka"nın məlumatına görə, "Victoria" uzun illər Putinin yaxın dostu Gennadi Timçenkonun nəzarətində olan şirkətlərə məxsus olsa da, ondan Kremlin digər nüfuzlu şəxsləri istifadə edirlər.

Bodrum ətrafında lövbər salan digər yaxtalar arasında Roman Abramoviçə məxsus "Rhea", ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə VTB Bankın rəhbəri Andrey Kostinin istifadə etdiyi "Serenity & Unity", "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərova məxsus "Genesis", Polymetal şirkətinin təsisçisi Aleksandr Nesisin "Romea" yaxtası, Oleq Deripaskanın "Altair" yaxtası və İskəndər Mahmudovla əlaqələndirilən "Predator" yaxtası da var.

Bu qədər rusiyalı milyarderə məxsus yaxtaların eyni vaxtda Türkiyə sahillərində toplanması diqqət çəkən hadisə kimi qiymətləndirilir.

Musavat.com

4a6d9f47fcc68906c8eef686b4f114c5.jpeg (241 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR