İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan etiraf: Azərbaycana satmağa...

536 17.07.2026 00:04 Ölkə A A

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri fonunda erməni iqtisadçının səsləndirdiyi fikirlər diqqət çəkib.

Musavat.com xəbər verir ki, ermənistanlı iqtisadçı Karen Adonts Azərbaycanın Ermənistandan böyük həcmdə məhsul alacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, Bakı Ermənistan iqtisadiyyatının inkişafında maraqlı deyil.

İqtisadçı qeyd edib ki, Azərbaycanın Ermənistana ixrac etdiyi məhsulların ümumi dəyəri 17 milyon ABŞ dolları təşkil edir. O bildirib ki, Cənubi Qafqaz ölkələrinin sənaye sahələri bir-birinə çox oxşar olduğundan region dövlətlərinin bir-birinin məhsullarına böyük ehtiyacı yoxdur və sənaye kooperasiyası hələ lazımi səviyyədə inkişaf etməyib.

Adontsun fikrincə, Azərbaycandan Ermənistana idxalın əsas hissəsini neft məhsulları təşkil edə bilər. Ermənistanın Azərbaycana ixrac edə biləcəyi azsaylı fərqli məhsullardan biri isə alüminium folqadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR