1969-cu ildə Aya aparılmış SSRİ bayrağı illər sonra rekord qiymətə hərracda satılıb.
Musavat.com xəbər verir ki, məşhur Sotheby's hərrac evində keçirilən satışda 1969-cu ilin iyulunda Ay missiyasında olmuş SSRİ bayrağı 80 min dollara alıcı tapıb.
Söhbət ABŞ-ın "Apollo 11" missiyası zamanı astronavtların özləri ilə Aya apardıqları rəsmi xatirə əşyalarından biri olan SSRİ bayrağından gedir. Bayraq Ay səthinə aparılan suvenirlər kolleksiyasına daxil edilib və kosmik yarış dövrünün nadir tarixi eksponatlarından biri hesab olunur.
Musavat.com






