Rusiya Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı ABŞ tərəfindən irəli sürüləcək real təklifləri rədd etməyəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Musavat.com xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Moskva münaqişənin siyasi-diplomatik yollarla həlli istiqamətində irəli sürüləcək praktik və konstruktiv təşəbbüsləri nəzərdən keçirməyə hazırdır. O bildirib ki, Rusiya real məzmun daşıyan və vəziyyətin nizamlanmasına xidmət edən təkliflərə açıqdır.
Açıqlamada ABŞ tərəfindən konkret hansı təkliflərin nəzərdə tutulduğu barədə əlavə məlumat verilməyib.
Musavat.com






