Rusiyada paytaxtda yanacaq qıtlığının qarşısını almaq üçün benzinin bölgələrdən Moskvaya yönləndirildiyi bildirilir.
Musavat.com xəbər verir ki, The Moscow Times nəşrinin məlumatına görə, Rusiyada paytaxt regionunun yanacaqla prioritet təmin olunması kampaniyasına başlanılıb. Moskva və ətrafında benzin qıtlığının yaranmaması üçün yanacaq faktiki olaraq ölkənin uzaq bölgələrindən paytaxta daşınır.
Bildirilir ki, bu siyasət nəticəsində ucqar regionlarda yanacaq çatışmazlığı kəskinləşib. Bir sıra bölgələrdə yanacaqdoldurma məntəqələrində ciddi məhdudiyyətlər tətbiq olunur. Bunlara QR-kodla yanacaq satışı, həmçinin benzinin yalnız cüt və ya tək günlərdə satılması kimi tədbirlər daxildir.
Musavat.com






