İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa tətilləri 5 milyonu keçdi - ŞOK görüntülər FOTO VİDEO

836 16.07.2026 18:48 Şou-biznes A A

Rusiyalı bloqer Kseniya Borodina və həyat yoldaşı Nikolay Serdyukovun Avropa ölkələrinə etdikləri və xeyli müzakirə olunan tətili təxminən 5 milyon rubla başa gəlib. Maraqlıdır ki, Serdyukov bir müddət əvvəl "Rossiya-matuşka"da səyahət etməyin vacibliyini vurğulamasına baxmayaraq, cütlük iyunun ikinci yarısında Parisə yola düşüb.

Musavat.com xəbər verir ki, cütlüyün biznes-klas uçuşu 1 milyon rubldan artıq xərc tələb edib, Parisdə Eyfel qülləsi mənzərəli "Le Metropolitan" otelində iki günlük qonaqlama isə 100 min rubldan baha başa gəlib. Fransa səfəri Bruno Marsın konserti ilə yekunlaşıb. Növbəti dayanacaq olan İtaliyada, xüsusilə Kapri adasındakı "La Palma Capri" otelində bir həftəlik istirahət 1 milyon rubl, müxtəlif əyləncələr isə 250 min rubl civarında olub. Daha sonra Sardiniyaya keçən cütlük burada da biznes-klas uçuş və 600 min rubluq otel xərci ilə bahalı tətili davam etdirib.

Tətilin Türkiyə mərhələsində Borodina ailəsi ilə birlikdə "Maxx Royal Kemer Resort"da yerləşib ki, bu da 10 gün üçün 2 milyon rubldan artıq vəsait tələb edib. Səfərin kulminasiya nöqtəsi Valeri Meladzenin konserti olub. Qeyd edək ki, Borodina konsertdə "Dom-2" ulduzu Darya Pınzarla birlikdə VIP zonada əylənib, həyat yoldaşı Serdyukov isə uşaqlarla qaldığı üçün konsertdə iştirak etməyib. Konsert zamanı Meladzenin Kseniyanı tanıyaraq onunla oxumağı təklif etməsinə baxmayaraq, teleaparıcı duetdən imtina edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR