İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün şok - “Qazprom”a Çin zərbəsi

776 16.07.2026 20:01 Son xəbər A A

Rusiyanın qaz nəhəngi “Qazprom” şirkətinin səhmləri hətta 2008-ci il maliyyə böhranı dövründəki səviyyədən də aşağı düşüb.

Moskva Fond Birjasının (MOEX) məlumatlarına görə, şirkətinin səhmləri 90 rubladək ucuzlaşıb ki, bu da son 17 ilin ən aşağı göstəricisidir.

Musavat.com-un məlumatına görə, il ərzində şirkət bazar kapitallaşmasında təxminən bir trilyon rubl itirib və onun dəyəri 2021-ci illə müqayisədə demək olar ki, 80% azalıb.

Məlumata görə, bunun əsas səbəbi Çinin “Sibirin Gücü 2” (Power of Siberia 2) boru kəməri ilə bağlı danışıqları faktiki olaraq dondurması və Rusiya qazını ölkə daxilindəki qiymətlərə yaxın qiymətlərlə almağı tələb etməsidir.

Medianın məlumatına görə, keçmiş “qaz supergücü” indi elə bir vəziyyətdədir ki, Çin və Türkiyədən başqa qaz sata biləcəyi demək olar ki, heç bir ölkə qalmayıb. Üstəlik, onun yeganə iri alıcısı və müttəfiqi sakitcə Moskvaya təzyiq göstərir.

Bir sıra beynəlxalq media orqanları Rusiyadan Çinə qədər uzanması planlaşdırılan “Sibir gücü – 2” layihəsinin dayandırıldığı barədə də iddianı tirajlayıblar ki, bu da Kremlə Pekin zərbəsi hesab oluna bilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR