İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıq ovu faciəylə nəticələnəcəkdi: Sevgilisinin qulağını qarmaqla deşdi

565 16.07.2026 18:40 Dünya A A

Kareliyada balıq tutarkən baş verən qeyri-adi hadisə az qala gənc cütlüyün istirahətini kədərli sonluqla bitirəcəkdi. Sankt-Peterburqdan gələn 26 yaşlı Lev və Arina Olonka çayında balıq ovlayarkən Lev ehtiyatsızlıq edib. O, tilovu geriyə atarkən arxasında dayanan sevgilisinin durduğunu görməyib və qarmaq qızın qulağından keçərək onu deşib.

Musavat.com xəbər verir ki, cütlük ilkin olaraq qarmağı özləri çıxarmağa çalışsalar da, yaranan şiddətli ağrı buna imkan verməyib. Onlar dərhal yerli xəstəxanaya üz tutublar. Həkimlər isə belə hadisələrin tez-tez baş verdiyini bildirərək, Arinanın vəziyyətini yüngül qiymətləndiriblər. Tibb işçilərinin üçüncü cəhdindən sonra qarmaq qızın qulağından uğurla çıxarılıb.

Maraqlısı budur ki, bu hadisə gəncləri balıq ovundan soyutmayıb. Onlar yenidən çaya qayıdaraq balıq tutmağa davam ediblər, lakin bu dəfə təhlükəsizlik məqsədilə bir-birlərindən aralı dayanmağa çalışıblar. Arina baş verənlərə zarafatla yanaşaraq, sevgilisinin ona "qeyri-adi sırğa" və unudulmaz təəssüratlar bəxş etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR