İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – bürünc medalı əldən çıxara biləcək qapaz

2991 16.07.2026 14:45 Foto fakt A A

Bu fotolar Argentina-İngiltərə matçının final fitindən dərhal sonra yaranmış situasiyanın görüntüləridir.

Şəkildə görünən əl ingilislərin 10 nömrəli oyunçusu Cud Bellingemə, baş isə Argentina yığmasının oyunçusu Valentin Barkoya məxsusdur. Aktın adı qapazçəkmədir.

Hadisə oyundan sonra bir-birini təbrik edən argentinalıların qucaqlaşdığı zaman, Barkonun komalaşan oyunçulara qoşulduğu vaxt baş verib. Bellingem 2-3 addım ataraq, ona yaxınlaşıb və rəqibinin başının arxasına yüngülvari qapaz tutuzdurub.

İlk baxışdan görünür ki, Barko Cudu təxribata çıkməyib, ona heç nə deməyib.

Ancaq heç demə, bu hadisənin proloq hissəsi varmış. Oyunun 85-ci dəqiqəsində Enzo Fernandez uzaq məsafədən bərabərlik qolunu vuranda bir neçə digər əvəzedici oyunçu kimi, Barko da meydana qaçıb və birbaşa İngiltərə oyunçularının qarşısına keçərək, necə deyərlər. atdanıb-düşüb. Hətta həmin vaxt ingilis oyunçulardan Con Stouns ona güclü bir itələtmə vurub ki, rədd ol, get, oyunçular skamyasında otur.

Argentinalının bu aşırı coşqusu məğlubiyyət acısı yaşayaraq yerində donub qalmış Bellingemin yadına Barkonun yenidən qələbə sevinci yaşadığı vaxt düşüb və o, özünü saxlaya bilməyərək Barkoya qapaz çəkib.

BARKO.jpeg (45 KB)

Düzdür, Bellingemin bu hərəkəti cavabsız qalmayıb, əvvəlcə Barko özü geri dönərək, onu itələyib, daha sonra Nikolas Otamendi Cuda daha bir effektiv fiziki təzyiq göstərib.

Beləcə, gərgin oyunun sonunda daha bir gərginlik yaşanıb.

Əslində necə olsa da, Bellingem özünü saxlamalı, soyuqqanlı olmalıydı. Çünki onlar özləri qol vuranda bağırtıları stadionu başına götürmüşdü, hətta tribunada Viktoriya Bekhem 20+ illik əri Devidə bal ayındaymışlar kimi sarılmışdı.

Yəni vurulan qolun, qazanılan qələbəninin coşqusu bir başqa olur.

Görünür, məğlubiyyətdən doğan pərtlik Cudun ağlını o qədər tutqunlaşdırıb ki, o, acığını necəsə çıxmaq istəyib, əlinin altına bəstəboy Barko keçib.

İndi gözlənilir ki, FİFA bu epizoda görə Bellingemə qarşı intizam tədbiri görəcək. Əgər elə bir şey olsa, Cud dünya üçüncülüyü uğrunda Fransa ilə keçiriləcək matça qatıla bilməyəcək və böyük ehtimalla bürün medallar fransızlara qismət olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR