Ermənistan hökuməti ABŞ ilə strateji tərəfdaşlıq çərçivəsində Zəngəzur layihəsi ilə bağlı növbəti mühüm addımı atmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Ermənistan hökuməti sabah ABŞ ilə strateji tərəfdaşlıq çərçivəsində Zəngəzur layihəsinə dair çərçivə sazişinin ratifikasiyası məsələsini təxirəsalınmaz qaydada müzakirə edəcək. Ermənistan KİV-lərinin məlumatına görə, sənəd Nazirlər Kabinetinin gündəliyinə "təxirəsalınmaz" statusu ilə daxil edilib.
Hökumət qanun layihəsini təsdiqləyəcəyi təqdirdə, sənəd əvvəlcə Konstitusiya Məhkəməsinə göndəriləcək və onun əsas qanuna uyğunluğu yoxlanılacaq. Daha sonra layihə ratifikasiya üçün parlamentə təqdim olunacaq.
Bütün prosedurlar başa çatdıqdan sonra İrəvan Zəngəzur layihəsinin Ermənistan hissəsinin praktiki icrasına başlaya biləcək.
Musavat.com






