ABŞ-ın maliyyə naziri Skott Bessent rəsmi "X" hesabında maraqlı bir yeniliyi elan edib.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ-ın müstəqilliyinin 250 illik yubileyi çərçivəsində ABŞ-ın Müstəqil Dövlət Zərbxanası tərəfindən yeni 1 dollarlıq qızıl sikkələrin istehsalına başlanacaq.
Sözügedən sikkənin üzərində prezident Donald Trampın təsviri əks olunacaq. Skott Bessent qeyd edib ki, bu yeni pul vahidi ABŞ-ın milli dəyərlərinin gücünü, azadlığın qorunması idealını və vətənpərvərliyin simvolu olan sarsılmaz irsi tərənnüm edir.

Musavat.com






