Məşhur aktyor Vin Dizel sosial şəbəkədə paylaşdığı yeni fotosunun altına yapon dilində "sevirəm" mənası verən "Suki" sözü yazıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rus istifadəçilər bunu leksikonlarındakı təhqiramiz ifadə hesab edərək, paylaşımı şərh selinə qərq ediblər.
Şəkildə 58 yaşlı aktyor bir aktrisa və DJ ilə poza verir. Onların adları paylaşımda göstərilməyib. Amma bilinir ki, onlar Van Dizelin dostlarıdır.
Rus şərhçilər isə həmin paylaşıma 4500-dən artıq şərh yazıblar. Bəziləri "Forsaj" ulduzundan soruşublar: "Dostlarınızı niyə təhqir edirsiniz?"
Musavat.com






