İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Rusiyadakı müəssisələrə ŞOK GÖSTƏRİŞ VERDİ: Cəbhəyə ADAM TAPIN! – TV Musavat-Canlı debat

510 13.07.2026 11:05 Dünya A A

Rusiyada müharibədə döyüşmək üçün “könüllü” müqaviləlilərin toplanma sxemi açıqlanıb.

Musavat.com xəbər verir ki, sxemi “Dojd” telekanalı əldə etdiyi rəsmi sənədlər əsasında yayıb. Bildirilir ki, Rusiyadakı regional hakimiyyət orqanları müəssisələrdən Ukraynaya qarşı müharibə üçün personal təmin etmələrini tələb edir. Şirkətlər bunu etmək istəmirlərsə, əvəzində pul ödəmələri istənilir.

“Dojd” Buryatiyanın Muya rayonu üçün "2026-cı ildə Müqavilə Xidmətinə Namizədlərin Seçimi Planı"nı nəzərdən keçirib.
Kanal bu sənədi respublika administrasiyasına yaxın mənbədən alıb, lakin mənbə aydınlaşdırıb ki, bu sistem bütün Rusiyada fəaliyyət göstərir.
Bu "plan" bir şirkətdə neçə nəfərin işlədiyini, 20-60 yaş arası kişilərin sayını və Ukraynaya qarşı müharibəyə neçə nəfərin göndəriləcəyini göstərir.

Mənbə izah edib ki, sistem aşağıdakı kimi işləyir: Muya rayonunun rəhbəri respublika qərargahından rəqəm alır və yerli qərargah daha sonra personalı şirkətlərə bölür. Eyni zamanda işçiləri müharibəyə göndərmək istəməyən müəssisələr "SVO" üçün "namizədlərin seçilməsi"ni həyata keçirən bir firma ilə müqavilə imzalamaq seçiminə malikdirlər. Bu xidmətin dəyəri 100.000 rubl təşkil edir ki, bu da yerli biznes üçün əhəmiyyətli bir məbləğ hesab olunur.

Bundan əlavə, dövlət sektoru müəssisələri də bu tələblərə tabedir. Xüsusilə rayon xəstəxanası iki işçi təmin etməlidir. Bu, Buryatiyada tibb işçilərinin çatışmazlığı yaşanmasına baxmayaraq baş verir. Sibirdən olan bir sahibkar da oxşar bir sxemi təsvir etdi. O, işəgötürənlərdən ilk dəfə 2024-cü ildə müharibə səyləri üçün insanlar təmin etmələrinin tələb olunduğunu söylədi. Əks təqdirdə, bizneslər "yoxlamalarla" hədələnirdi. Mənbə həmçinin əlavə edib ki, 2025-ci ildə "satın alma" sxemi ortaya çıxıb. Onun sözlərinə görə, işəgötürənlər müharibəyə göndəriləcək namizədləri tapmaq üçün müqavilələr imzalamağa məcbur ediliblər. Xidmətin qiyməti hər işçi üçün 450.000 rubldur.

Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR