İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski baş nazirə istefa təklif etdi

352 12.07.2026 16:14 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Yuliya Sviridenkoya vəzifəsindən ayrılmağı təklif etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında paylaşım edib.

"Baş nazir vəzifəsində göstərdiyi dəqiq, sabit və səmərəli fəaliyyətə, həmçinin uzun illər Ukrayna komandasında məhsuldar işinə görə Yuliya Sviridenkoya təşəkkür edirəm. Ona əsas tərəfdaşlarımızdan biri ilə münasibətlərdə yeni mühüm istiqamətə rəhbərlik etməyi təklif etdim", - deyə Zelenski bildirib.

hbgYqvCWhUUneA8EgIY3PyEWDoFWVYBLsmnWHTM8_1200.jpg (184 KB)

Prezident qeyd edib ki, Nazirlər Kabinetinin yenilənməsi Ukraynanın yenilənmiş siyasi strategiyasının həyata keçirilməsi üçün zəruridir.

Zelenski eyni zamanda hüquq-mühafizə orqanlarının rəhbərliyində də dəyişikliklərin ediləcəyini anons edib.

Yuliya Sviridenkonun yeni vəzifəsinin hansı sahəni əhatə edəcəyi açıqlanmayıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR