İnsanlara hürriyət, millətlərə istiqlal!

23 illik qadağa başa çatır

1070 30.06.2026 13:17 Dünya A A

Braziliyada yerləşən və dünyada nadir rast gəlinən mavi suları ilə tanınan Gruta da Lagoa Azul (Mavi Göl Mağarası) 23 ildən sonra yenidən turizm üçün açılacaq.

Musavat.com xəbər verir ki, ətraf mühitlə bağlı bütün icazələrin və infrastruktur işlərinin tamamlanmasının ardından mağaranın 2026-cı ilin sonuna qədər ziyarətçiləri qəbul etməsi planlaşdırılır.

Braziliyanın Mato-Qrosso ştatının Nobris şəhərində yerləşən mağara qeyri-adi mavi rəngli gölü ilə məşhurdur. Hazırlanan plana əsasən, ərazi 2026-cı ilin son aylarında beynəlxalq turizm marşrutuna yenidən daxil ediləcək.

Gruta da Lagoa Azul 2002-ci ildə nəzarətsiz ziyarətlər nəticəsində ekosistemə dəyən zərər və turistlərin təhlükəsizliyi ilə bağlı risklər səbəbindən Braziliyanın Ətraf Mühit və Bərpa Olunan Təbii Sərvətlər İnstitutu (IBAMA) tərəfindən bağlanmışdı. Dövlət parkının ərazisində yerləşən mağara həmin vaxtdan xüsusi mühafizə altına alınmışdı.

Rəsmi qadağaya baxmayaraq, son 23 il ərzində mağaraya qanunsuz ziyarətlər davam edib. Qeyri-qanuni turlar təşkil edən bələdçilər və turistlər barəsində hüquqi tədbirlər görülüb. Bununla yanaşı, Mato-Qrosso ştatının rəhbərliyi ərazinin uzunmüddətli qorunmasını təmin etmək məqsədilə rəsmi idarəetmə layihəsi hazırlayıb.

Mato-Qrosso ştatının Ətraf Mühit Nazirliyi bildirib ki, lisenziyalaşdırma prosesi başa çatdıqdan sonra mağaranın istismar hüququ veriləcək. Nobris bələdiyyəsi ilə ştat hökuməti arasında imzalanan razılaşmaya əsasən, layihənin ilin sonunadək yekun təsdiq alacağı gözlənilir.

Keçmişdə baş vermiş ekoloji zərərlərin təkrarlanmaması üçün mağarada yeni dövrdə ciddi nəzarətə əsaslanan ekoturizm modeli tətbiq ediləcək. Ərazidə müşahidə meydançaları inşa olunacaq, ziyarətçi sayı məhdudlaşdırılacaq və turizm infrastrukturu Braziliyanın təbiət turizmi ilə tanınan Bonito bölgəsindəki standartlara uyğunlaşdırılacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR