İnsanlara hürriyət, millətlərə istiqlal!

“700 bal arzusu və Heydər baba” – bir zabitin uşaqlıq xatirəsi

1350 10.05.2026 19:41 Ölkə A A

Uşaqlıq illərim Naxçıvanın Sirab kəndi ilə bağlıdır. Atam o vaxtlar kənd məktəbinin direktoru işləyirdi. Ulu Öndər Heydər Əliyev Naxçıvana səfər edəndə, demək olar ki, hamı kimi biz də böyük həyəcanla Naxçıvan şəhərinə gedərdik. Aeroport yolunda saatlarla dayanıb təyyarənin enməsini gözləyərdik. O yoldan keçəndə bizə əl edər, salamlayardı. Yadıma gəlir, o günlər Naxçıvanda bayram ab-havası olardı.

O vaxt mən uşaq idim. Prezident nə deməkdir, bilmirdim. Sadəcə insanların ona olan sevgisini görür, hiss edirdim. İstər-istəməz bu sevgi mənə də keçmişdi.

O dönəm Naxçıvanda elektrik enerjisi fasilələrlə verilirdi. İşıq dörd saat sönər, iki saat yanardı. Televiziya, internet isə demək olar ki, yox idi. Biz Ulu Öndəri daha çox insanların dilindən eşitdiyimiz hekayələrlə sevirdik.

Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu | Modern.az

Bir dəfə yanımızdan keçəndə bizə əl edəndə gözüm onun əllərinə sataşmışdı. Necə də böyük görünmüşdü… Evə qayıtdıqda bunu danışanda hamı gülmüşdü.

Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Sinifdə, hətta məktəbdə ən yüksək nəticə göstərənlərdən idim.

Atam tez-tez deyərdi: “700 bal yığsan, Heydər Əliyevlə görüşəcəksən”.

Heydər Əliyev və Azərbaycan — Naxçıvandan başlayan tarixi qurtuluşun böyük  salnaməsi

İndi anlasam da, o dönəm bunun nə qədər böyük bir şans olduğunu anlamırdım. Sadəcə “Heydər baba” ilə (biz onu belə çağırırdıq) görüşmək arzusu mənim üçün ən güclü motivasiyaya çevrilmişdi.

Onuncu sinifdə oxuyanda atam bir gün dedi ki, Təhsil Nazirliyində eksternat imtahanı keçiriləcək. Kim bu imtahanı uğurla versə, on birinci sinfi oxumadan attestat alıb birbaşa universitet imtahanına girə biləcək. “Bacararsanmı?” Düşünmədən “əlbəttə bacararam” dedim.

O gündən etibarən həm onuncu sinif, həm də on birinci sinif proqramını paralel oxumağa başladım. Bir il demək olar ki, istirahətsiz çalışdım. Çətin idi, amma məqsədim vardı.

Mən bacarmışdım. İmtahandan keçərək onuncu sinifdən birbaşa universitet imtahanına qatılmaq hüququ qazanmışdım.

Universitet imtahanında 613 bal topladım. Bu nəticə ilə sevinirdim, amma 700 bal toplaya bilmədiyim üçün Heydər Əliyevlə görüşə bilməmişdim.

Heydər Əliyev və Türkiyə-Naxçıvan əlaqələri | "Nuhçıxan" İnformasiya  Agentliyi

İllər keçir… Bəzən insan geriyə baxanda anlayır ki, bəzi arzular həyata keçməsə də, məhz o arzular insanı böyüdür, formalaşdırır, yoluna işıq salır. Mənim üçün də həmin illər və o arzular həyatımın ən səmimi xatirələri kimi qalıb.

Mərhum liderimiz haqqında çox şey yazmaq olardı, amma uşaqlıq illərimdəki bu xatirəm yadıma düşdü… Və istədim sizinlə də bölüşüm.

Biz Ulu Öndəri səmimi və təmənnasız sevirdik. Ruhu şad olsun.

WhatsApp Image 2026-05-10 at 19.35.51-1.jpeg (88 KB)

İqbal Səfərov,
Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR