2026-cı il Dünya Kubokunun qrup mərhələsində ABŞ və Avstraliya yığmaları arasında keçirilən oyun başa çatıb.
Musavat.com xəbər verir ki, qarşılaşma ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
ABŞ-ın qollarından birini 44-cü dəqiqədə Alex Freeman vurub. Görüşdə hesab isə 11-ci dəqiqədə Avstraliya yığmasının müdafiəçisi Cameron Burgessin avtoqolu ilə açılıb.
***
ABŞ Avstraliya qarşısında üstünlüyünü artırdı
ABŞ millisi 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Avstraliya ilə keçirilən oyunda ikinci qolu vurub.
Musavat.com xəbər verir ki, amerikalıların ikinci qolu 44-cü dəqiqədə vurulub. Alex Freemanın dəqiq zərbəsi ilə hesab 2:0-a çatıb.
Qeyd edək ki, görüşdə hesab 11-ci dəqiqədə Avstraliya yığmasının müdafiəçisi Cameron Burgessin öz qapısına vurduğu qol sayəsində açılmışdı.
Hazırda ABŞ millisi Avstraliya üzərində 2:0 hesabı ilə irəlidədir.
***
Qarşılaşmada hesab artıq açılıb.
ABŞ millisi 11-ci dəqiqədə Avstraliya yığmasının müdafiəçisi Cameron Burgessin avtoqolu sayəsində önə keçib. Beləliklə, hesab 1:0 ABŞ komandasının xeyrinədir.
23:01***
2026-cı il futbol üzrə Dünya Kubokunda qrup mərhələsinin növbəti qarşılaşması start götürüb.
Musavat.com xəbər verir ki, ABŞ millisi Avstraliya yığması ilə üz-üzə gəlib.
Komandalar qrup mərhələsində vacib xal qazanmaq uğrunda mübarizə aparırlar.
Musavat.com






