İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlanması fonunda növbəti xəbərdarlığını edib.
Musavat.com xəbər verir ki, SEPAH bu barədə rəsmi "Telegram" kanalında məlumat yayıb.
"İsrailin Livanda törətdiyi cinayətlər və ABŞ-nin atəşkəs əldə olunması ilə bağlı öhdəliklərini pozması səbəbindən Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb", - deyə yayılan bəyanatda bildirilir.
Rəsmi bəyanatda gəmilərin Hörmüz boğazına yaxınlaşmaması barədə ciddi xəbərdarlıq edilib. SEPAH rəsmiləri əks təqdirdə dəniz nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verilməyəcəyini vurğulayıblar.
"Əks halda, həmin gəmilərin təhlükəsizliyi böyük risk altında olacaq", - deyə xəbərdarlıq edilib.
Musavat.com






