İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

1305 27.06.2026 17:39 Ölkə A A

Müxtəlif nəqliyyat növlərində sərnişinlərin biletsiz və ya ödəniş edilmədən daşınmasına görə tətbiq olunan cərimələr müəyyənləşdirilib.

Musavat.com xəbər verir ki, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları həyata keçirən avtobuslarda sərnişinin müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 20 manat məbləğində cərimə tətbiq edilir.

Şəhərlərarası (rayonlararası) avtobuslarda sərnişinin biletsiz daşınmasına görə 30 manat, beynəlxalq marşrut üzrə hərəkət edən avtobuslarda isə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Bundan başqa, dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat, dəniz və çay nəqliyyatında biletsiz daşınmasına görə 50 manat, hava nəqliyyatında isə biletsiz sərnişin daşınmasına görə 60 manat məbləğində cərimə tətbiq edilir./ajans.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR