Uçuş zamanı mühərrikdən qopan detal illüminatoru sındırıb, sərnişin ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Musavat.com xəbər verir ki, Yunanıstanın Saloniki şəhərindən Almaniyaya uçan Ryanair aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan qısa müddət sonra mühərrikdən qopan bir detal illüminatoru sındırıb.
Nəticədə 61 yaşlı sərnişini güclü hava axını sözün əsl mənasında qırılan pəncərədən çölə çəkməyə başlayıb. Təyyarədə olan digər sərnişinlər onu vaxtında tutaraq faciənin qarşısını alıblar.
Hadisədən sonra təyyarə təcili şəkildə hava limanına geri qayıdıb. Zərərçəkən kişinin boyun nahiyəsindən xəsarət aldığı və yanıq xəsarətləri aldığı bildirilir.
Musavat.com






