ABŞ senatoru Lindsi Qrem vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə senatorun ofisi məlumat yayıb.
"Şənbə günü, iyulun 11-i axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısa sürən və qəfil xəstəlik nəticəsində vəfat edib", – deyə senatorun ofisi Qremin X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Lindsi Qremin 71 yaşı var idi. O, 2003-cü ilin yanvarından etibarən Cənubi Karolina ştatını ABŞ Senatında təmsil edirdi. 2025-ci ilin yanvarından isə Senatın Büdcə Komitəsinin sədri idi.
O, həmçinin Rusiya nefti və qazını alan ölkələrə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin həmmüəlliflərindən biri idi.
Şahanə Rəhimli
Musavat.com






