İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – Mundialın ən axmaq hərəkəti

4831 12.07.2026 13:17 Foto fakt A A

1 aydır davam edən futbol mundialının ən yersiz, ən düşüncəsiz və ən məşum hərəkətini bu gecə (Bakı vaxtı ilə) İsveçrə yığma komandasının oyunçusu Bril Embolo etdi.

O, heç bir təmas olmadan, sırf rəqib oyunçuya sarı kart verdirmək üçün özünü yerə atdı, ilk dəqiqədə məqsədinə çatdı, amma sonra VAR-ın müdaxiləsi ilə işlər tərsinə döndü.

Müasir izləmə avadanlıqları, çoxsaylı videokameralar ortaya çıxardı ki, argentinalı futbolçu Emboloya toxunmayıb və Embolo, ona qarşı qayda pozuntusu olduğunu simulyasiya edib.

Nəticədə isveçrəli hücumçu haqlı olaraq sarı kartla cəzalandırıldı. Bu, onun ikinci sarı kartı olduğundan avtomatik qırmızı karta çevrildi və Embolo meydançadan qovuldu.

axmaq-2.JPG (44 KB)

Buna qədər İsveçrə millisi artıq hesabı bərabərləşdirmiş, təşəbbüsü ələ almışdı. Bu oyuna tamaşa edən futbol azarkeşlərininin çoxu İsveçrənin ikinci qolu vuracağını gözləyirdi. Gedişat ora aparırdı. Amma Embolonun düşüncəsiz hərəkəti buna mane oldu və Messinin komandasına özünü torarlamaq şansı verdi.

Həmin matçın 120 dəqiqə davam etməsi İsveçrə millisinin daha hazırlıqlı və istəkli olmasının göstəricisidir. Əgər İsveçrə komandası oyuna 11 nəfərlə davam etsəydi,ya matç əlavə vaxta qalmazdı, ya da artırılmış yarım saatın sonunda gülən tərəf isveçrəlilər olardı.

Adam inana bilmir ki, oyun meydançasına onlarla videokameranın tuşlandığı bir vaxtda oyunçular nə düşünüb simulyasiyaya əl atırlar. Məgər onlar VAR sisteminin mövcudluğundan xəbərsizdirlər? Anlamırlar ki, hakimlər həmin epizodun təkrarına dönə-dənə baxacaqlar və doğru qərar verəcəklər?

Futbolçuların özlərini rəqibin cərimə meydançasında yerə atıb penalti qazandığı günlər keçmişdə qalıb. 100-də 99 halda bu, artıq mümkün deyil. O bir hal isə rəqibin topa girərkən ehtiyatsız davranması, ayağını salisə fərqi ilə təmasdan çəkə bilməməsi və bundan yararlanan forvardın ani toxunuşdan sui-istifadə etməsi zamanı baş verir. Təkrarına yüz dəfə baxılsa da, lentdə ani təmas olduğu görünür və hakim penalti təyin edir. Bu, oyunçunun VAR-ı aldada bildiyi epizoddur və yüzdə bir olur.

axmaq.JPG (44 KB)

Embolonun etdiyi isə açıq-aşkar, hətta gülüş doğuran simulyasiya idi. Bu, kənardan baxanların gülüşünə səbəb olsa da, İsveçrə üçün göz yaşları ilə bitdi. Bir oyunçunun axmaqlığı bütün komandanın əziyyətini və ümidlərini puç etdi.

Ona görə də Embolonun hərəkəti əlini ağzına tutaraq rəqibi təhqir edən və buna görə qırmızı kart alan oyunçuların hərəkətindən daha axmaq hərəkət sayıla bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR