İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! İran BOMBALANIR, ölənlər var: Tehrandan HAZIRLIQ, Trampdan TƏCİLİ müşavirə

582 15.07.2026 15:51 Son xəbər A A

ABŞ-ın İranın İranşəhr bölgəsinə hücumlarında 7 hərbçi ölüb.

Bildirilib ki, ABŞ ordusu 13 raketlə gecə vaxtı hərbi hissəyə, hərbi hissənin yataqxanasına və digər bölgələrə zərbə endirib.

ABŞ İrana qarşı yeni zərbə dalğasına başlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumatda bildirilib ki, zərbələrin məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq qabiliyyətini daha çox zəiflətməkdir.

Amerikanın “Axios” xəbər platforması üç mənbəyə istinadla xəbər verib ki, ABÇ Prezidenti Donald Tramp Ağ Evdəki “Situasiya otağı”nda ABŞ rəsmiləri ilə müşavirə keçirib.

“Axios”un materialında qeyd edilib: “Müşavirədə Hörmüz boğazı ətrafındakı mövcud hücumlardan İrana qarşı daha genişmiqyaslı zərbələrin müzakirə olunduğu iddia edilir.

Hörmüz boğazındakı İran hədəflərinə hücumlarla yanaşı, İrandakı strateji hədəflərə daha dağıdıcı hücumlar üçün yeni planların müzakirə olunduğu bildirilir”.

Qeyd olunub ki, müşavirədə ABŞ vitse-prezidenti Cey. Di. Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff, həmçinin Trampın milli təhlükəsizlik komandasının üzvlərinin iştirak etdikləri bildirilir.

Tramp iyulun 14-də “Fox News” telekanalına müsahibəsində bildirib ki, əgər İran danışıqlar masasına gəlməsə, bütün elektrik stansiyaları və körpüləri məhv ediləcək.

Tehran Elektrik Paylayıcı Şirkəti paytaxtın enerji şəbəkəsinin dayanıqlığının qorunması məqsədilə məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.

Tehran Elektrik Paylayıcı Şirkəti havaların istiləşməsi və paytaxtda elektrik enerjisinə tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar bu gündən etibarən Tehranın müxtəlif bölgələrində məhdudiyyətlərin tətbiq olunacağını bildirib.

Bundan əvvəl İranın Elektrik Enerjisinin İstehsalı, Ötürülməsi və Paylanması Şirkəti də 40 günlük müharibə zamanı ölkənin elektrik infrastrukturuna ciddi ziyan dəydiyini açıqlamışdı.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR