Türkiyənin ana müxalifət partiyası CHP-nin Manisa millət vəkili Özgür Özəl yeni siyasi partiyanın yaradılması istiqamətində hazırlıqların davam etdiyini açıqlayıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Özəl bu barədə televiziya proqramında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, partiyanın yaradılması ilə bağlı rəsmi addım iyulun sonu və ya avqustun əvvəlində atılacaq. "Partiyanın adı və loqosu üzərində işləyirik. Hələlik onu sadəcə 'Yeni Partiya' adlandıra bilərik. Lakin cəmiyyətdə geniş qəbul görəcək ad üzərində intensiv iş gedir", – deyə Özəl bildirib.
Musavat.com






