İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycan modelini tətbiq etməyə hazırlaşır

897 15.07.2026 16:22 Dünya A A

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə ilboyu daimi yay saatı tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

Məlumata görə, "Sunshine Protection Act" ("Günəş işığının qorunması haqqında qanun") adlı layihə 308 lehinə, 117 əleyhinə səslə qəbul olunub.

Layihə hər il yazda saatların irəli, payızda isə geri çəkilməsi praktikasına son qoymağı nəzərdə tutur. Qanunun qüvvəyə minməsi üçün onun Senat tərəfindən də təsdiqlənməsi və ABŞ prezidentinin imzalaması tələb olunur.


Qanun layihəsinin müəllifləri hesab edirlər ki, daimi yay saatı insanların axşam saatlarında daha çox gün işığından istifadə etməsinə imkan verəcək, ailələrin açıq havada daha çox vaxt keçirməsinə, yerli biznesin və turizm sektorunun canlanmasına müsbət təsir göstərəcək. Onların fikrincə, ildə iki dəfə saatların dəyişdirilməsi vətəndaşlar üçün lazımsız qarışıqlıq yaradır.

Ağ Ev də təşəbbüsü dəstəkləyərək onu "sağlam məntiqə əsaslanan və cəmiyyət tərəfindən dəstəklənən islahat" adlandırıb.

Qeyd edək ki, Türkiyə 2016-cı ildən daimi yay saatı sistemini tətbiq edir. "Sabah" qəzetinin yazdığına görə, bu sistem sayəsində ölkədə hər il 1 milyard lirədən çox elektrik enerjisinə qənaət edilir. Tətbiq olunduğu vaxtdan bəri ümumi elektrik qənaəti 10 milyard kilovat-saatı ötüb. Müqayisə üçün qeyd olunur ki, bu həcmdə enerji təxminən 1,9 milyon nəfərin bir illik elektrik tələbatını ödəməyə kifayət edir.

Azərbaycan da 2016-cı ildən daimi yay saatı sisteminə keçib. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə ölkədə yay və qış vaxtına keçid ləğv olunub. Qərar AMEA-nın tövsiyəsi əsasında qəbul edilib. Rəyə əsasən, saatların ildə iki dəfə dəyişdirilməsi tibbi-psixoloji və sosial problemlər yaradır, həmçinin informasiya-kommunikasiya texnologiyaları sistemlərinin beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılmasında çətinliklərə səbəb olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR