İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıda qonşular arasında internet kabelinə görə dava - ölən var

857 12.07.2026 12:43 Kriminal A A

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsinin "Sovxoz" ərazisində qeydə alınıb.

Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə 30-dan çox bıçaq zərbəsi vurub. Nəticədə ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, həyatını itirən şəxsin üç azyaşlı övladının olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR