İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, bu barədə Şahbaz Şərif öz rəsmi "X" hesabında məlumat paylaşıb.
Söhbət zamanı regionda gərginliyin artmasından sonrakı son hadisələr geniş müzakirə olunub. Tərəflər sülhün möhkəmləndirilməsi istiqamətində böyük çətinliklə əldə edilmiş nailiyyətlərin qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Bu kontekstdə təmkin nümayiş etdirilməsi, problemin həlli üçün dialoq və diplomatiyaya üstünlük verilməsi qeyd olunub.
Baş nazir Şərif regional sülhün və sabitliyin bərqərar olması məqsədilə İslamabadın Vaşinqton və Tehran arasında əsas vasitəçi rolunu davam etdirməyə tam hazır olduğunu bəyan edib.
Bundan əlavə, liderlər Pezeşkianın Pakistana etdiyi son səfər zamanı razılaşdırılmış ikitərəfli əməkdaşlıq gündəliyini daha da irəli aparmaq barədə ortaq məxrəcə gəliblər.
Musavat.com






