İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobillərdə yeni era: Sensor ekranlar tarixə qovuşur  

1191 10.07.2026 23:24 Dünya A A

Audi sürücülərin narazılığını nəzərə alaraq avtomobillərinin salonunda mühüm dəyişiklik edəcək.

Musavat.com xəbər verir ki, fiziki düymələr və fırlanan idarəetmə elementləri yenidən geri qaytarılır.

Almaniyanın Audi konserni yaxın iki il ərzində avtomobillərinin salon dizaynını dəyişəcək. Şirkət sensor ekranların sayını azaldaraq fiziki düymələri və fırlanan idarəetmə çarxlarını yenidən geri qaytaracaq. Üçüncü nəsil Audi Q7 bu konsepsiyada hazırlanan son model olacaq.

Qərarın əsas səbəbi sürücülərin narazılığıdır. Şirkətin texniki direktoru bildirib ki, fiziki idarəetmə elementləri Audi brendinin DNT-sinin bir hissəsidir və onların hər biri markaya xas klik səsi və toxunma hissi verməlidir. Audi eyni zamanda salonun işlənməsində təbii materiallara daha çox üstünlük verməyi planlaşdırır.

Oxşar təşəbbüslə Çin istehsalçıları da çıxış edirlər. Sürücülərin müraciətlərindən sonra Çin hakimiyyəti təhlükəsizliklə bağlı 19 əsas funksiya üçün fiziki düymələrin geri qaytarılmasını tələb edib.

Bunlara dönmə siqnalları, qəza işıqları, siqnal, şüşəsilənlər, şüşəqaldıranlar və transmissiya rejimləri daxildir. Artıq payızdan etibarən bu funksiyaların yalnız sensor menyularda yerləşdirilməsinə icazə verilməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR