ABŞ-ın Şimali Karolina ştatının Steytsvill şəhərində yerləşən hava limanında biznes-jet eniş zamanı qəzaya uğrayıb, nəticədə güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub. İlkin məlumatlara görə, təyyarə qəzası nəticəsində ölənlər var, lakin onların dəqiq sayı açıqlanmayıb.
Bildirilir ki, qəzanın baş verdiyi hava limanı eyni zamanda bir neçə NASCAR avtomobil yarış komandalarına da xidmət göstərirdi. Hadisənin səbəbləri araşdırılır, rəsmi qurumlar əlavə məlumat verəcəklərini bildiriblər.
Musavat.com






