İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bəzən sevgilər bitmir, sadəcə susur” 

363 10.06.2026 16:33 Şou-biznes A A

Müğənni Aybəniz Haşimova sosial şəbəkədə emosional paylaşım edib.

Musavat.com xəbər verir ki, gənclik illərindən fotosunu yayımlayan sənətçinin paylaşımında keçmiş sevgiyə, peşmanlıq hissinə və itirilmiş münasibətə dair kövrək ifadələr yer alıb.

Haşımova yazısında sevgidən doğan həsrət və ayrılıq ağrısını poetik dillə ifadə edib, keçmişdə qalan münasibətin onun üçün dərin izlər buraxdığını bildirib.

Paylaşımda "bəzən sevgilər bitmir, sadəcə susur” fikri diqqət çəkib.

Sənətçi həmçinin artıq həmin insana yazmayacağını və yolunu gözləməyəcəyini deyərək, bu hisslərin içində olsa da həyatına davam etməyə çalışdığını vurğulayıb.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR