İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizə girmək istədi – dron dərhal qarşısını aldı - Video

237 27.07.2026 02:52 Dünya A A

Çində gecə saatlarında dənizə girmək istəyən şəxsə dron müdaxilə edib.

Musavat.com xəbər verir ki, hadisə Çinin Sindao (Qingdao) şəhərindəki çimərlikdə baş verib.

Kadrlarda görünür ki, istirahət edən şəxs qaranlıq düşdükdən sonra dənizə daxil olmaq istəyərkən pilotsuz uçuş aparatı ona yaxınlaşır. Dron səsucaldanı vasitəsilə vətəndaşdan dərhal sudan çıxmasını tələb edir və gecə çimmək qadağasına əməl olunmasına nəzarət edir.

Bu sistem çimərliklərdə təhlükəsizliyin təmin olunması və gecə saatlarında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə tətbiq edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR