İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç nəyi atmayan bürclər

311 27.07.2026 00:06 Maraqlı A A

Köhnə fincanlar, illər əvvəl geyilmiş paltarlar, keçmişdən qalan biletlər və “bəlkə bir gün lazım olar” deyərək saxlanılan əşyalar... Bəzi insanlar üçün bu əşyalar sadəcə köhnə predmet deyil, həm maddi, həm də mənəvi dəyər daşıyan xatirələrdir.

Astroloji iddialara görə, bəzi bürclər əşyalara daha çox bağlanır və onları atmaqda çətinlik çəkirlər. Onların evlərində illərlə saxlanılan çoxsaylı əşyalar tapmaq mümkündür.

Buğa – dəyəri olan heç nəyi atmaq istəmir

Buğa bürclərinin əşyaları qoruyub saxlamağa meylli olduğu deyilir. Onlar bir əşyanın yalnız istifadə məqsədinə deyil, həm də qiymətinə və keyfiyyətinə önəm verirlər.

“Bunu baha almışdım” düşüncəsi ilə köhnəlmiş əşyaları belə atmaq istəməyən Buğalar, bir gün həmin əşyaya yenidən ehtiyac duyacaqlarını düşünə bilərlər.
Dar gələn paltarlar, dəbdən düşmüş geyimlər və hətta boş qablar belə onların nəzərində gələcəkdə istifadə oluna biləcək əşyalar hesab edilir.

Xərçəng – xatirələri əşyalarla qoruyur

Xərçəng bürclərinin əşyalara emosional bağ qurduğu bildirilir. Onlar üçün köhnə bir məktəb forması, fotoşəkil və ya kino bileti sadəcə əşya deyil, keçmişdən qalan bir xatirədir.

Uşaqlıqdan qalan əşyalar, əvvəlki münasibətlərdən qalan xırda yadigarlar və xüsusi günləri xatırladan predmetlər Xərçənglər üçün böyük mənəvi dəyər daşıya bilər.

Məhz buna görə onlar bəzi əşyaları illərlə saxlamağa üstünlük verirlər.

Qız – gizli yığılmış əşyaların sahibi

Qız bürcləri adətən səliqəli və nizamlı insanlar kimi tanınsa da, onların dolab və siyirmələrində gizli “xəzinələr” ola bilər.
Köhnə elektronika qutuları, artıq işləməyən batareyalar, kabellər və “bir gün təmir edərəm” düşüncəsi ilə saxlanılan əşyalar onların kolleksiyasına çevrilə bilər.

Qız bürcündə bu vəziyyət nizamsızlıqdan çox, özünəməxsus bir sistem kimi görünür. Onlar hər şeyi niyə saxladıqlarını izah edə bilirlər.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR