İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda tıxaclara gecə əməliyyatı – yeni sistem hazırlanır

264 26.07.2026 20:50 Dünya A A

Belarusiya şirkəti İrəvanda nəqliyyat sıxlığını azaltmaq üçün süni intellektə əsaslanan yeni həllər hazırlayır. Təkliflər arasında kommersiya daşımalarının gecə saatlarına keçirilməsi də yer alır.

Musavat.com xəbər verir ki, bu barədə Belarusiyanın “Infinium” şirkətinin şöbə rəhbəri Dmitri Dordal məlumat verib.

Onun sözlərinə görə, mütəxəssislər artıq İrəvandakı nəqliyyat axınını təhlil edirlər. Dordal bildirib ki, tıxac problemini köklü şəkildə həll etmək üçün kompleks yanaşma vacibdir və ilk növbədə yeni yolların tikintisinə ehtiyac var.

Şirkət yerli yükdaşıma müəssisələrinə süni intellekt və məlumatların təhlili əsasında işləyən logistika idarəetmə sistemi təklif etməyi planlaşdırır. Bu sistem ən səmərəli marşrutları avtomatik hesablayacaq.

Ekspert əlavə edib ki, şəhərdə nəqliyyatın yükünü azaltmaq üçün kommersiya daşımalarının bir hissəsinin gecə saatlarına keçirilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, bu təcrübə artıq uzun illərdir Moskvada uğurla tətbiq olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR