İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Çerniqov, Zaporojye və Xarkovu BOMBALAYIR: Supermarket VURULDU - FOTO

310 26.07.2026 18:39 Dünya A A

İyulun 26-da gündüz saatlarında Rusiya hərbçiləri Çerniqovdakı "ATB" supermarketinə zərbə endiriblər. Hadisə nəticəsində iki nəfər həlak olub, ölənlərdən biri 10 yaşlı uşaqdır. Daha üç dinc sakin isə yaralanıb.

Musavat.com xəbər verir ki, Çerniqov Şəhər Hərbi Administrasiyasının rəhbəri Dmitro Brıjinski daha sonra yaralıların sayının 7 nəfərə çatdığını, onlardan birinin vəziyyətinin ağır olduğunu dəqiqləşdirib.

Hadisə yerində dərhal fövqəladə xidmət əməkdaşları işə başlayıblar.

Ukrayna KİV-lərinin məlumatına görə, bazar günü günortaya yaxın rusiyalı hərbçilər Zaporojye şəhərini də idarəolunan aviasiya bombaları (KAB) ilə atəşə tutublar. Bu hücum nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, o cümlədən yerli kollec binasına ciddi ziyan dəyib.

Xarkovda isə səhər saatlarında yaşayış massivinə endirilən zərbə nəticəsində 12 nəfər xəsarət alıb. Yaralananlar arasında iki uşaq da var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR