İnsanlara hürriyət, millətlərə istiqlal!

İşığa həsrət qalan Saray - Zülm çəkən sakinlər Musavat.com-a müraciət etdilər

1106 26.07.2026 16:24 Sosial A A

Abşeron rayonunun Saray qəsəbəsində elektrik enerjisinin təchizatında ciddi problemlər yaşanır. Qəsəbə sakinləri gündəlik kəsintilərdən şikayətçidir.

Musavat.com-a müraciət edən yerli sakinlərin sözlərinə görə, ərazidə demək olar ki, hər gün, xüsusilə də həftəsonları işıqlar gün ərzində 3-4 saat müddətinə söndürülür.

İlin ən isti günlərində elektrik enerjisinin davamlı kəsilməsi insanları əsl çətinliklə üz-üzə qoyub. Sakinlər bildirir ki, soyuducularda ərzaqların xarab olması, sərinləndirmə sistemlərinin (kondisionerlərin) işləməməsi evlərdə dözülməz şərait yaradır.

Sakinlər vurğulayırlar ki, adətən bu kimi planlı profilaktik və ya təmir işləri aparılarkən aidiyyəti qurum tərəfindən mətbuatda öncədən rəsmi xəbərdarlıq olunur. Lakin Saray qəsəbəsi ərazisində işıqların tez-tez və müntəzəm kəsilməsi barədə əhaliyə əvvəlcədən məlumat verilmir.

Qəsəbə sakinləri aidiyyəti qurum tərəfindən problemin qısa zamanda araşdırılmasına və elektrik enerjisinin dayanıqlı təmin olunmasına ümid edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR