İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml "hava atəşkəsi" xəbərlərinə reaksiya verdi

433 26.07.2026 19:37 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Ukraynanın hava məkanında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaları müzakirə etməsi barədə KİV-də yayılan məlumatları şərh etməyi "vaxtından əvvəl" hesab edib.

"Ukrayna ilə bağlı ola biləcək yeni təkliflərə reaksiya onların Rusiya Federasiyasının maraqlarına nə dərəcədə uyğun olmasından asılı olacaq", – deyə Peskov bildirib.

Musavat.com xəbər verir ki, o, həmçinin Rusiyanın ABŞ Prezidenti Trampın Ukrayna məsələsindəki mövqeyində "dualizm gördüyünü" qeyd edib:

"Bir tərəfdən, onlar Ukraynaya silah tədarük edirlər, baxmayaraq ki, prezident Tramp deyir ki, guya biz bilmirik kimə tədarük edirik, biz NATO-ya tədarük edirik, qalan hər şey bizim işimiz deyil. Digər tərəfdən, ABŞ-nin sülh yolu ilə nizamlanmaya töhfə verməyə hazır olması bizi qane edir".

Peskov əlavə edib ki, "Vladimir Putin Rusiyanın Ukrayna ilə bağlı bütün təkliflərini artıq səsləndirib, Kiyev müharibənin başa çatması üçün nə etmək lazım olduğunu bilir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR