İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Ağalarov ikinci həyat yoldaşını da Bakıya gətirdi - VİDEO

1471 26.07.2026 18:02 Ölkə A A

İş adamı Araz Ağalarov ikinci həyat yoldaşı Alyona Ağalarova ilə birlikdə Bakıda keçirilən "Dream Fest 2026" beynəlxalq musiqi festivalında görüntülənib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ailə festivalın keçirildiyi "Sea Breeze" istirahət kompleksində birlikdə vaxt keçirib. Paparassilərin çəkdiyi kadrlarda Araz Ağalarovun həyat yoldaşı Alyona Ağalarova qara libası və brilyant zinət əşyaları ilə diqqət çəkib.

Məlumata görə, cütlük qırmızı xalçada fotoqrafların qarşısına çıxmasa da, festival zamanı obyektivlərdən yayınmayıb. Onların görüntüləri sosial şəbəkələrdə və Rusiya mediasında geniş yayılıb.

Qeyd edək ki, "Dream Fest 2026" iyulun 26-da yekunlaşır. Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən festival bu il də Rusiya və dünya şou-biznesinin tanınmış simalarını, eləcə də çoxsaylı qonaqları bir araya gətirib.

Xatırladaq ki, iş adamı Araz Ağalarov 40 ildən artıq evli olduğu həyat yoldaşı İrina Ağalarova ilə ayrılıb. Daha sonra onun özündən xeyli gənc olan Alyona İvanova ilə rəsmi nikaha daxil olduğu məlum olub. Nikahdan sonra Alyona həyat yoldaşının soyadını götürərək Ağalarova soyadını qəbul edib. Cütlüyün bu evlilikdən iki azyaşlı oğlu var.

Maraqlıdır ki, festivalda Araz Ağalarovun keçmiş həyat yoldaşı İrina Ağalarova da iştirak edib. O, tədbirdə oğlu Emin Ağalarov və keçmiş həyat yoldaşı ilə birlikdə görüntülənib.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR