İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Ərdəbil səfəri zamanı Şeyx Səfi Kompleksində oldu və ilginc təəssüratlarını bölüşdü - FOTO

186 26.07.2026 18:10 Siyasət A A

Milli Məclisin deputatı Ceyhun Məmmədov İran İslam Respublikasının Ərdəbil şəhərində səfərdədir.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, səfər çərçivəsində deputatın 25-26 iyul tarixlərində “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə keçiriləcək tədbirlərdə və bir sıra görüşlərdə iştirak idi.

Deputat Ceyhun Məmmədov keçirilən tədbirlərlə bağlı bildirib ki, Ərdəbil şəhərində keçirilən “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” və “Ərdəbil Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib: “Səfər çərçivəsində Şeyx Səfiəddin Ərdəbilinin məqbərə kompleksini ziyarət etdik, bu tarixi-memarlıq abidəsi və onun zəngin irsi haqqında ətraflı məlumat aldıq. Əsrlər boyu qorunub saxlanılan bu kompleks yalnız memarlıq nümunəsi deyil, həm də Azərbaycan tarixinin, mənəvi dəyərlərinin və mədəni irsinin mühüm daşıyıcılarından biridir. Şeyx Səfiəddin Ərdəbili Azərbaycan tarixində və İslam dünyasında mühüm iz qoymuş şəxsiyyətlərdəndir. Onun təsis etdiyi Səfəviyyə təriqəti sonradan Səfəvi dövlətinin formalaşmasına ideoloji zəmin yaratmış, bölgənin siyasi, dini və mədəni həyatına əhəmiyyətli təsir göstərmişdir. Bu baxımdan, Ərdəbil təkcə tarixi şəhər deyil, həm də Azərbaycan dövlətçilik tarixinin mühüm mərkəzlərindən biri hesab olunur”.

C.Məmmədovun sözlərinə görə, tədbirlər zamanı Şah İsmayıl Xətainin həyatı, dövlətçilik fəaliyyəti və zəngin ədəbi irsi ilə bağlı təqdimatlar böyük maraqla qarşılanıb: “Şah İsmayıl Xətai qüdrətli dövlət xadimi olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun siyasi irsi Azərbaycan dövlətçilik ənənələrinin möhkəmlənməsində, poeziyası isə milli-mənəvi dəyərlərimizin və türk-islam mədəniyyətinin zənginləşməsində mühüm rol oynayıb”.
Milli Məclis üzvü əlavə edib ki, bu kimi tədbirlər ortaq tariximizin və mədəni irsimizin daha dərindən öyrənilməsi, elmi əsaslarla araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir: “Tarixi yaddaşın qorunması və ortaq irsimizin yaşadılması hər birimizin mənəvi borcu olmaqla yanaşı, gələcəyə məsuliyyətli yanaşmanın da mühüm göstəricisidir”.

Qeyd edək ki, C.Məmmədovla yanaşı, AMEA-nın prezidenti İsa Həbibbəyli də Ərdəbilə səfər edib və tədbirlərdə iştirak edib.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR