İnsanlara hürriyət, millətlərə istiqlal!

İran bu raket və dronlarını XALQA NÜMAYİŞ ETDİRDİ - VİDEO

370 26.07.2026 16:10 Dünya A A

Ötən günlərdə Tehrandakı Azadi meydanında ölkə istehsalı olan “Zülfiqar” ballistik raketi və “Shahed” pilotsuz uçuş aparatı (PUA) nümayiş etdirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Nümayiş zamanı hər iki silah sistemi ictimaiyyətə təqdim olunub və meydanda sərgilənən hərbi texnika diqqət çəkib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) arsenalında yer alan “Zülfiqar” məşhur “Fateh-110” raket ailəsinin təkmilləşdirilmiş versiyasıdır.

Raket təxminən 700 kilometr radiusdakı hədəfləri vurmaq gücünə malikdir. Bərk yanacaqlı, təkpilləli olması raketin sürətlə döyüş vəziyyətinə gətirilməsinə və mobil qurğulardan operativ buraxılmasına imkan verir.

Raket təxminən 500–600 kq çəkisində qəlpəli-fuqaslı və ya kasset tipli döyüş başlığı daşıya bilir. Ətalətli və peyk naviqasiya sistemləri ilə təchiz olunduğundan yüksək dəqiqliyə (bir neçə metr yayınma payı) malikdir.

Tehranda nümayiş etdirilən “Shahed” (xüsusilə “Shahed-136” modeli) isə birdefəlik hücum üçün nəzərdə tutulmuş “kamikadze” (gəzən sursat) dronudur.

Dron müxtəlif modifikasiyalardan asılı olaraq 1000 ilə 2500 kilometr arasında məsafə qət edə bilir. 40–50 kq ağırlığında partlayıcı başlığa malikdir. Deltaqanad formalı bu PUA-lar aşağı hündürlükdə və nisbətən aşağı sürətlə (saatda 185 km-dək) uçaraq hava hücumundan müdafiə (HHM) sistemlərinin radarlarına yakalanma ehtimalını azaldır. Əvvəlcədən daxil edilmiş koordinatlar üzrə GPS/GLONASS peyk naviqasiyası ilə hərəkət edir.

Mütəxəssislərin fikrincə, bu cür hərbi nümayişlər Rəsmi Tehranın həm daxili auditoriyaya güc nümayişi, həm də regiondakı rəqiblərinə çəkindirici mesaj vermək məqsədi daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR