İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir

757 26.07.2026 14:42 Dünya A A

Cənubi Qafqazda və Yaxın Şərqdə geoiqtisadi balansları kökündən sarsıda biləcək yeni strateji enerji layihəsi müzakirə edilib.

Musavat.com xəbər verir ki, Tehranda rəsmi səfərdə olan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın energetika naziri Abbas Əliabadi ilə görüş keçirib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında 12 ildir icrası yubanan üçüncü elektrik ötürücü xəttinin tikintisinin sürətləndirilməsi və tezliklə başa çatdırılmasının vacibliyini önə çıxarıblar.

Görüşün ən sensasion məqamı isə tərəflərin İran - Ermənistan - Gürcüstan - Rusiya marşrutu üzrə irimiqyaslı elektrik enerjisi dəhlizlərinin yaradılması layihəsini geniş müzakirə etməsi olub.

İranlı nazir Abbas Əliabadi rəsmi Tehran üçün ən strateji hədəflərdən birinin İranın elektrik şəbəkəsini şimal ölkələri ilə birləşdirmək olduğunu və Ermənistanın bu nəhəng marşrutda əsas tranzit halqa rolunu oynadığını bəyan edib.

O, həmçinin bu layihəyə digər ölkələrin də cəlb olunduğunu bildirərək, dörd dövləti əhatə edən vahid enerji şəbəkəsinin tezliklə istismara verilməsi imkanlarını ciddi şəkildə nəzərdən keçirdiklərini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR